Coşqun Diniyevin komandası uduzdu

20:19 - 24 Fevral 2024

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniysepor" Türkiyə birinci liqasında növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Bandırmaspor"ın qonağı olub.

Diniyevin komandası bu görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.

Meydana 75-ci dəqiqədə daxil olan yarımmüdafiəçi sona qədər oynayıb.

"Ümraniysepor" 27 xalla 13-cü pillədədir. 

Xəbər xətti