"Real" "Bavariya"nın futbolçusu ilə razılaşdı

14:44 - 26 Fevral 2024

"Bavariya"nın futbolçusu Alfonso Deyvis növbəti mövsümdə karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, kanadalı sol cinah müdafiəçisi "Real"a keçəcək. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

23 yaşlı futbolçunun Madrid təmsilçisi ilə şəxsi şərtləri razılaşdırdığı bildirilir. Bu keçid "Real" üçün 40-50 milyon avroya başa gələcək.

Qeyd edək ki, Alfonso Deyvis bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti