Kriştiano Ronaldo barədə araşdırma başladı - VİDEO

19:30 - 26 Fevral 2024

"Əl-Nəssr"in hücumçusu Kriştiano Ronaldo cəzalandırıla bilər.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun "Əl-Şabab"la səfər matçında (3:2) etdiyi hərəkətə görə cəza ala bilər.

39 yaşlı forvard yerli azarkeşlərin "Messi" şüarlarından sonra tribunalara qeyri-etik jest edib. Səudiyyə Ərəbistanı Futbol Federasiyası ulduz futbolçu haqda araşdırma başladıb.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəssr"in heyətində meydana çıxdığı 29 rəsmi matçda 28 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti