Mbappenin qardaşı da "Real"ın hədəfində

21:59 - 27 Fevral 2024

Kilian Mbappenin kiçik qardaşı Etan Mbappe böyük qardaşının ardınca PSJ-dən "Real"a keçə bilər.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi yayda 17 yaşlı yarımmüdafiəçini də həyətinə qatmaq istəyir. Bu barədə "El Chiringuito" məlumat yayıb.

Qeyd edək ki, Etan Mbappe hazırda PSJ-nin gənclər komandasında çıxış edir. Onun Paris təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti