"Bavariya" italiyalı məşqçiyə təklif göndərməyi planlaşdırır

19:47 - 28 Fevral 2024

"Brayton"un baş məşqçisi Roberto De Zerbiyə maraq artmaqdadır. 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Bavariya"nı çalışdıra bilər.

Münhen klubunun rəhbərliyi "Bayer"in hazırkı baş məşqçisi Xabi Alonso ilə razılığa gələ bilməsə, dərhal De Zerbi ilə əlaqə saxlayacaq.

"Çelsi" və "Barselona"nın da baş məşqçi postuna gətirmək istədiyi De Zerbi isə Almaniyaya yollanmağa müsbət yanaşdığı iddia olunur.

O, 2022-ci ilin sentyabrından "Brayton"a rəhbərlik edir. Ötən mövsüm onun komandası Premyer Liqada altıncı yeri tutaraq tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

 

Xəbər xətti