Bu gün Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda növbəti iki oyun keçirilib.
Sportal.az xəbər verir, günün ilk oyunu "Sabah" və "Şəki" komandaları arasında baş tutub. Bu oyun "Sabah" klubunun 103-82 hesablı rahat qələbəsi ilə yekunlaşıb.
Günün ikinci oyununda kuboka yaxşı start vermiş iki klub, NTD-İNDİQO və "Sərhədçi" üz-üzə gəlib. Oyunu 104-70 hesabı ilə qalib tamamlayan NTD-İNDİQO B qrupunda liderliyə yüksəlib.