"Qarabağ"ın rəqibi yenə qalib gəldi

10:34 - 4 Mart 2024

Almaniyada Bundesliqada 24-cü tura yekun vurulub.

Sportal.az xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” səfərdə “Köln”lə qarşılaşıb. Matç Xabi Alonsonun rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda "Bayer" 64 xalla birinci pillədədir. Qeyd edək ki, "Qarabağ" - "Bayer" arasındakı ilk oyun martın 7-də Bakıda, Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.

Xəbər xətti