Qurbanlı oynamadı, "Yurqorden" 1/4 finala yüksəldi

12:49 - 4 Mart 2024

İsveçdə ölkə kubokunun qrup mərhələsinin 3-cü turunun bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” “Göteborq”la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Qurbanlı bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

Üç turun yekunlarına görə, “Yurqorden” 9 xal toplayaraq qrupda birinci yeri tutaraq kubokun 1/4 finalına yüksəlib.

Xəbər xətti