Azərbaycan millisinin rəqibləri bu gün bəlli olacaq

11:49 - 5 Mart 2024

Bu gün qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Yeni formatda təşkil ediləcək turnir 3 liqadan ibarət olacaq. A və B liqalarında 16, C liqasında isə 19 komanda yer alacaq. 

Azərbaycan milli komandası B liqasında iştirak edəcək. Siyasət Əsgərovun komandası püşkatma zamanı sonuncu səbətdə olacaq. 

B liqasının səbətləri:

1-ci səbət: Portuqaliya, İsveçrə, Şotlandiya, Uels

2-ci səbət: Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Macarıstan

3-cü səbət: Slovakiya, Şimali İrlandiya, Ukrayna, Türkiyə

4-cü səbət: Malta, İsrail, Kosovo, Azərbaycan

Xəbər xətti