"Qarabağ" üçün böyük təcrübə oldu, "Bayer"i bu duruma salmağın özü də uğurdur"

12:17 - 17 Mart 2024

"Qarabağ"ın avrokuboklarda bu yerə gəlib çıxması, bu cür möhtəşəm oynaması, "Bayer" kimi komandaya qarşı belə mübarizə aparması özü böyük uğur, tarixdir. Niyə uduzduq? Qırmızı vərəqə almağımız da təsir etdi. Sonradan meydana girənlərin özünü tam doğrultmaması..Almanların basqısı var idi, eyni tepmdə oynadılar, sonda onu da artırdılar. Patrik Şikin də meydana girməsi sonda qollar buraxmağımıza, məğlubiyyətimizə gətirib çıxardı".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov deyib.

O, Ağdam klubunun Avropa Liqasındakı çıxışını dəyərləndirib. 1/8 final mərhələsinin "Bayer"ə qarşı keçirilmiş cavab görüşü haqda bunları deyib:

"Hesab 2:1 olarkən qol epizodumuz var idi, Leandro Andrade təkbətək çıxmışdı. Həmin epizodda qol vurmaq üçün təcrübə çatmadı. "Bayer"in də qol imkanları var idi, vura bilmirdilər. Hamısı böyük təcrübədir. Bu təcrübə komandamızı, oyunçularımızı daha da inkişaf etdirəcək. Daha böyük uğurlara imza ata biləcəyik. 10 nəfərlə qalanda işimizi daha da ağırlaşdırdıq. Gözlənilirdi ki, basqının sonu gələcək və belə oldu, qollar buraxdıq. 11 nəfərlə qalsaydıq, necə olardı? Bunu proqnoz etmək olmur. "Qarabağ" möhtəşəm futbol oynadı, hamı onlarla fəxr edir. İstənilən halda, "Qarabağ" üçün böyük təcrübə oldu. Bunun sayəsində komanda növbəti illərdə daha böyük uğurlara imza atacaq".

İsmayılovun fikrincə, "Qarabağ"a Azərbaycan çempionatında rəqib yoxdur: "Bu mövsüm üçün avrokuboklar başa çatdı. Hamımız "Qarabağ"ı təbrik edirik. Böyük uğurlar qazandıq, tarix yazdıq. "Bayer"i bu duruma salmağın özü də, böyük uğurdur. "Qarabağ" Premyer Liqada da liderdir. Rəqibi də yoxdur. Rahat şəkildə çempion olacaqlar. İki tur da qalib gəlsələr, çempiondurlar".

Mirbağırağa

Xəbər xətti