Messi Argentina millisinin oyunlarında iştirak etməyəcək

11:49 - 17 Mart 2024

Argentina millisinin kapitanı Lionel Messi yığmanın qarşıdakı yoldaşlıq görüşlərini buraxacaq.

Sportal.az "TyC Spors"a istinadən xəbər verir ki, təcrübəli futbolçu Argentina millisinin qarşıdakı yoldaşlıq oyunlarında iştirak etməyəcək.

O, “İnter Mayami”nin heyətində zədələnib.  

Argentina millisi ABŞ-da iki yoldaşlıq oyunu keçirəcək. Argentinalılar martın 23-də Salvador, martın 26-da isə Kosta-Rika ilə qarşılaşacaq.

Xəbər xətti