"Qarabağ"ın qolkiperi: "Nyukasl"a keçmək variantım var idi"

20:22 - 17 Mart 2024

“Qarabağ”ın qapıçısı “Nyukasl”dan imtina etdiyini bildirib “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov İngiltərə Premyer Liqasında çıxış etmək fürsətinin olduğunu etiraf edib.

Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan təcrübəli qolkiper onu transfer etmək istəyən klubun da adını çəkib:

"İngiltərədə oynamaq istəyərdim? Çox istəyərdim. Mən “Bayer”də olanda ora yollanmaq üçün variantım var idi. Bir dostum dedi ki, “Nyukasl”a getmək və orada üçüncü-dördüncü qapıçı olmaq imkanım var. Onların əsas qapıçısı Nik Popp və Martın Dubravka idi. Bildirdi ki, təcrübəli qapıçıları var, amma üçüncü qolkiperləri yoxdur. Elə həmin vaxtı Lorius Kariusu götürdülər. Mən də imtina etdim".

Qeyd edək ki, Lunyov yayda "Bayer"dən (Leverkuzen) ayrılaraq "Qarabağ"a keçib.

Xəbər xətti