Azərbaycanda mövsüm ərzində üçüncü dəfə: Qəbələdə 9:0 qeydə alındı

12:52 - 18 Mart 2024

2023/24 mövsümünün ən böyükhesablı nəticəsi təkrarlanıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Əvəzedicilər liqasının XXVII turunda “Qəbələ-2” “Araz-Naxçıvan-2”yə 9:0 hesabı ilə qalib gəlib.

Bu, cari mövsüm PFL-in bayrağı altında keçirilən bütün turnirlərdə qeydə alınan 3-cü belə nəticədir. Bunadək iki dəfə 9 top fərqi qeydə alınıb. Belə nəticələr II Liqada yaşanıb. 2023-cü il noyabrın 6-da “Şahdağ Qusar” “Dinamo”nu, martın 5-də “Cəbrayıl” “Kürmük Qax”ı 9:0 hesabı ilə məğlub edib.

Lakin həmin qarşılaşmalar meydan sahibinin qələbəsi ilə yekunlaşıb. “Qəbələ-2” isə səfərdə ən böyük qələbənin müəllifi kimi rekorda imza atıb.

Xəbər xətti