29 il sonra Bundesliqa klubunu tərk edir

17:38 - 18 Mart 2024

"Frayburq"un baş məşqçisi Kristian Ştrayx mövsümün sonunda komandanı tərk edəcək.

Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə verdiyi açıqlamada bildirib. O, yayda bitən müqaviləsinin müddətini uzatmayacaq.

Qeyd edək ki, Kristian Ştrayx 29 ildir "Frayburq"da çalışır. O, 1995-ci ildə U-19 komandasında baş məşqçi olub. Təcrübəli mütəxəssis daha sonra əsas komandada köməkçi məşqçi vəzifəsini icra edib. Ştrayx 2011-ci ildən isə "Frayburq"un baş məşqçisidir.

Xəbər xətti