Danışılmış oyunlara görə daha 5 nəfər cəzalandırıldı

18:08 - 18 Mart 2024

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə, 5 futbolçu cəzalandırılıb:

I Liqada “İrəvan” klubunda çıxış edən 08.01.2002-ci il təvəllüdlü Məhərrəmov Ramin Faiq oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir. Sınaq müddəti 1 il təyin edilir (maddə 107.4, 32);

I Liqada “İrəvan” klubunda çıxış edən 14.09.1994-cü il təvəllüdlü Mirzəyev Kamal Nəsrullah oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir. Sınaq müddəti 1 il təyin edilir (maddə 107.4, 32);

II Liqada “Baku Sporting” klubunda çıxış edən 29.01.1996-ci il təvəllüdlü Rəhimov Vüqar Əlibaba oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir. Sınaq müddəti 1 il təyin edilir (maddə 107.4, 32);

II Liqada “Lerik” klubunda çıxış edən 09.09.1992-ci il təvəllüdlü Ramazanlı Xətai Rəfail oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir. Sınaq müddəti 1 il təyin edilir (maddə 107.4, 32);

II Liqada “Qusar” klubunun vitse-prezidenti 16.11.1991-ci il təvəllüdlü Xudadatov Elvin Elşad oğlu mərc oyunlarında iştirak etdiyinə görə 1200 manat cərimə edilir, 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir (maddə 105);

Xəbər xətti