"Qarabağ"ın baş məşqçisinə 5 oyunluq cəza verildi

21:40 - 18 Mart 2024

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:

16.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVII turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra “Qarabağ-2” komandasının baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır, “Qarabağ-2” komandası 400 manat cərimə edilir. (maddə 43.4);

16.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVII turun “Neftçi-2” – “Səbail-2” oyununun 17-ci dəqiqəsində “Neftçi-2” komandasının azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “Neftçi-2” komandası 150 manat cərimə edilir (maddə 52.2);

Xəbər xətti