"Zirə"nin futbolçusu Yaponiya önünə çıxacaq

14:17 - 19 Mart 2024

"Zirə"nin futbolçuları İssa Cibriela və Eldar Quliyev milli komandaya dəvət alıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçular müvafiq olaraq Niger və Ukrayna (U-23) millilərinə çağırılıb.

İssa Cibrielanın şərəfini qoruduğu Niger yığması yoxlama oyununda Toqo ilə üz-üzə gələcək.

Eldar Quliyevin çıxış etdiyi Ukrayna (U-23) isə Yaponiya (U-23) millisinə qarşı mübarizə aparcaq.

Xəbər xətti