Azərbaycan - İngiltərə matçının hakimləri açıqlandı

15:13 - 19 Mart 2024

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da "Qarabağ Arena"da keçiriləcək Azərbaycan U-21 – İngiltərə U-21 oyununun hakimləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək:

22 mart

Azərbaycan U-21 – İngiltərə U-21

"Qarabağ Arena". Saat 16:00

Baş hakim: Antoni Bandiç
Baş hakimin köməkçiləri: Amer Maciç, Boris Dujmoviç
Dördüncü hakim: Mateo Musa

Xəbər xətti