Ronaldinyonun oğlu "Barselona"nın əsas komandasında

11:44 - 24 Mart 2024

Ronaldinyonun oğlu "Barselona"nın əsas heyətində məşqlərə başlayıb.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, "Barselona"nın baş məşqçisi Xavi Braziliya millisinin sabiq yarımmüdafiəçisinin oğlu Joao Mendesi əsas heyətə cəlb edib.

19 yaşlı yarımmüdafiəçi 2023-cü ilin martından Kataloniya klubundadır. O, əvvəllər “Kruzeyro”da oynayıb.

Onun “Barsa” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Xəbər xətti