"Milan" bu forvard üçün 40 milyon ödəməlidir

17:43 - 24 Mart 2024

"Milan" yeni forvard axtarışındadır.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər" əsas diqqətini "Ştutqart"ın hücumçusu Seru Girassiyə yönəldib. 

İtaliya klubu 28 yaşlı futbolçu üçün artıq danışıqlara da başlayıb.

"Ştutqart" Seru üçün 40 milyon avro tələb edib. Girassi bu mövsüm Bundesliqada 20 oyun keçirib və 22 qol vurub. Qvineyalı forvard 2023-cü il iyulun 1-də “Renn”dən Bundesliqa klubuna keçib. O, 2026-cı il iyunun 30-na qədər hazırkı klubuna məxsusdur.
 

Xəbər xətti