Tanınmış məşqçiyə maraq göstərən komanda yoxdur

20:35 - 24 Mart 2024

“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo hələ də işsizdir.

Sportal.az xəbər verir ki, “goal”a danışan portuqaliyalı mütəxəssis ona iş təklifi olub-olmamasından danışıb:

“Heç bir xəbər yoxdur. Mən hazırda işsizam və yayda işləmək istəyirəm. Hər şeyə hazıram. Amma hələ ki, heç bir təklif yoxdur”.

61 yaşlı mütəxəssis “Benfika”, “Çelsi”, “Porto”, “İnter”, “Real”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem” klublarını çalışdırıb. O, son olaraq 2021-2024-cü illərdə “Roma”ya rəhbərlik etmişdi.

Xəbər xətti