Levandovski Səudiyyə Ərəbistanı klubundan cəlbedici təklif aldı, imtina etdi

10:19 - 25 Mart 2024

Robert Levandovski Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi rədd edib.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, "Barselona"nın forvardı Səudiyyə Ərəbistanına yollanmaq istəməyib.

Yüksək liqa klublarından biri 35 yaşlı forvardı ildə 92 milyon avro ödəməyə hazır olsa da, polyak bundan imtina edib.

Levandovski "Barselona"dan ayrılmaq istəmədiyini qarşı tərəfə bildirib. Polşalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti