"Real" fransalının keçidini AVRO-2024-dən əvvəl elan edəcək

11:18 - 25 Mart 2024

"Real" Kilian Mbappenin keçidini həll etməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Kral klubu" fransalı ilə AVRO-2024 öncəsi müqavilə imzaladığını açıqlayacaq.

Məlumata görə, onun transferi Avropa çempionatından əvvəl rəsmən elan ediləcək. Bu haqda “RMC Sport” nəşri məlumat verib.

2018-ci il iyulun 1-dən PSJ-də çıxış edən Kilianin mövsümün sonuna qədər hazırkı klubuna məxsusdur. O, buna qədər “Monako”da oynamışdı.

Xəbər xətti