Bolqarıstan Azərbaycanla matça itki ilə çıxacaq

11:47 - 25 Mart 2024

Bolqarıstan millisi bu gün “FİFA series” turnirində Bakıda Azərbaycan yığması ilə görüşə itki ilə çıxacaq.

Sportal.az “24 Часа” portalına istinadən xəbər verir ki, zədəli olan müdafiəçi Viktor Popov meydana çıxmayacaq.

Bundan əlavə, qapıçı mövqeyində dəyişiklik gözlənilir: Tanzaniya ilə qarşılaşmada (1:0) meydana çıxmış Dimitar Mitovu start heyətində İvan Dyulqerov əvəzləyəcək.

Azərbaycan - Bolqarıstan matçı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xəbər xətti