"Çelsi" "Napoli"nin forvardı üçün 100 milyon ödəyəcək

12:34 - 25 Mart 2024

"Napoli"nin forvardl Viktor Osimhen yayda İtaliya klubunu tərk etməyi planlaşdırır.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, nigeriyalı hücumçu İngiltərə Premyer Liqasında oynayacaq.

Belə ki, 25 yaşlı futbolçu "Çelsi"yə keçidə yaxındır.

London təmsilçisi Osimhen üçün 100 milyon avro ödəmək niyyətindədir.

"Napoli" isə onun üçün 130 milyon avro əldə etmək istəyir.

Osimhen bu mövsüm 24 oyuna çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun Neapol klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

Xəbər xətti