"Mançester Siti"də istədiyim mövqedə oynamırdım deyə, oradan ayrıldım"

15:34 - 25 Mart 2024

İspaniya millisinin və “Əl-Nəsr”in müdafiəçisi Aymerik Laporte "Mançester Siti"ni niyə tərk etdiyini açıqlayıb.

Sportal.az “Manchester Evening News”a istinadən xəbər verir ki, Laporte məsələ haqda bunları deyib:

"Mançester Siti”də iki mövsüm istədiyim mövqedə oynamırdım. Belə hallarda sənin ən yaxşı tərəfini göstərmək imkanın olmur. Ona görə də, sonda oradan ayrıldım. Mançesterdə qalmadım".

29 yaşlı futbolçu "Əl-Nəsr"ə 2023-cü il avqustun 24-də keçib. O, 2026-cı il iyunun 30-na qədər qüvvədədir. 2018-ci ildə isə "Mançester Siti" onu "Atletik"dən (Bilbao) transfer etmişdi. 

Xəbər xətti