"Yuventus" "Qalatasaray"ın futbolçusu ilə maraqlanır

19:51 - 25 Mart 2024

"Qalatasaray"ın futbolçusu barış Alper Yılmazla İtaliyanın daha bir klubu maraqlanır.

Sportal.az xəbər verir ki, "Latsio"dan sonra "Yuventus" da türk vingeri transfer siyahısına daxil edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

Turin təmsilçisinin mövsüm bitdikdən sonra "Qalatasaray"la danışıqlara başlayacağı bildirilir. "Sarı-qırmızılar" 23 yaşlı ön xətt oyunçusunu 25 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə milisinin üzvü bu mövsüm "aslanlar"ın heyətində meydana çıxdığı 46 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti