"Qarabağ"ın futbolçusu CAR-a möhtəşəm qol vurdu - VİDEO

09:49 - 27 Mart 2024

"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair millisində növbəti qolunu vurub.

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "FİFA series - Edition 2024" çərçivəsində CAR millisi ilə keçirilmiş matçda 2 qol vurub və 1 məhsuldar ötürmə etməyi bacarıb.

Benzia matçın ən yaxşısı seçilib. 3:3 hesabı ilə başa çatan görüşün 74-cü dəqiqəsində meydanda olan "Qarabağ"lının vurduğu ikinci qol baxımlılığı ilə seçilib.

Qeyd edək ki, Yassun 4 gün öncə Boliviyaya qarşı keçirilmiş matçda da qol vurmuşdu.

Xəbər xətti