"Mançester Yunayted" ispan futbolçu üçün 60 milyon avro ödəməyə hazırdı

18:50 - 28 Mart 2024

"Mançester Yunayted" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Leypziq"də çıxış edən Dani Olmonun xidmətində maraqlıdır. Bu barədə "Dail Mail" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar İspaniya millisinin üzvünün müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Hücumameyilli yarımmüdafiəçi ilə "Real", "Mançester Siti", "Çelsi" və "Tottenhem" də maraqlanır.

Qeyd edək ki, "Leypziq" Dani Olmonu 2020-ci ilin yanvar ayında Zaqreb "Dinamo" sundan transfer edib. 25 yaşlı futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti