"Barselona"nın futbolçusu "Qalatasaray"a keçə bilər

14:27 - 1 Aprel 2024

"Barselona"nın futbolçusu İlkay Gündoğan növbəti mövsümdən etibarən karyerasını Türkiyə Super liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Qalatasaray"a keçməyə yaxındır. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

İstanbul təmsilçisi Almaniya millisinin üzvü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Qalatasaray" İspaniya klubunu razı salmağa çalışır.

Qeyd edək ki, İlkay Gündoğan 2023-cü ilin yayında "Mançester Siti" ilə müqaviləsi bitdikdən sonra azad agent statusu ilə "Barselona"ya keçib. Türk futbolçu Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti