16 yaşlı futbolçu üçün 59 milyon avro

16:31 - 1 Aprel 2024

"Palmeyras"ın futbolçusu Estevao Villian karyerasını Avropada davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Barselona" və "Çelsi" 16 yaşlı vingeri transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

Gənc futbolçunun sərbəstqalma məbləği 59 milyon avrodur. Hər iki klub bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Estevao Villian "Palmeyras"ın yetirməsidir. İstedadlı oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti