PSJ "Napoli"nin forvardına 13 milyon avro maaş verəcək

18:49 - 11 Aprel 2024

"Napoli"nin hücumçusu Viktor Osimhen ona illik 13 milyon avroluq maaş təklif edən PSJ-yə keçməyə yaxındır.

Sportal.az “ll Matino” istinadən xəbər verir ki, Fransa nəhəngi nigeriyalı hücumçu üçün 120 milyon avro təzminat ödəməyə hazırdır.

Osimhenin PSJ-yə keçidə müsbət yanaşdığı deyilir.

Xatırladaq ki, bu mövsüm nigeriyalı bütün turnirlərdə 26 matçda iştirak edib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 

Xəbər xətti