"Qarabağ" millimizin üzvünə yeni müqavilə təklif edəcək

12:18 - 12 Aprel 2024

Abbas Hüseynov Qurban Qurbanovu yaxşı mənada təəccübləndirib.

Sportal.az saytına verilən məlumata görə, ağır zədədən qayıdan cinah müdafiəçisi performansı ilə diqqət çəkib.

Oyundan-oyuna keçmiş formasını bərpa edən 28 yaşlı futbolçu Qurbanovun planlarında öz yerini qorumağı bacarıb.

Yayda icarəyə göndəriləcəyi gözlənilsə də, millimizin üzvünün heyətində yer alacaq.

Ona görə də, Hüseynovla mövsümü başa çatdıqdan sonra yeni müqavilə imzalanacaq. 2017-ci ilin iyun ayından "Qarabağ"da çıxış edən Abbasın müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti