"Fənərbaxça" portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir

20:35 - 12 Aprel 2024

"Fənərbaxça" yarımmüdafiə xətti i yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Moreyrense"də çıxış edən Qonçalo Frankonu transfer etmək istəyir. Bu barədə "O Jogo" nəşri məlumat yayıb.

"Fənərbaxça" 23 yaşlı dayaq yarımmüdafiəçisi üçün Portuqaliya klubu ilə danışıqlara başlayacaq. Türkiyə klubu futbolçuya illik 2 milyon avro maaş təklif edəcək.

Qeyd edək ki, "Moreyrense" Qonçalo Frankonu 2020-ci ilin yayında "Leyşoeş"dən transfer edib. Portuqaliyalı futbolçu bu mövsüm komandasının heyətində meydana çıxdığı 29 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti