"Sumqayıt"ın futbolçusu: "Bu cür olacağını ehtimal edirdik"

10:49 - 17 Aprel 2024

"Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə Sportal.az saytına açıqlama verib.

"Gənclik şəhəri" təmsilçisinin futbolçusu Premyer Liqanın 30-cu turunda "Zirə" ilə heç-heçə oynamaqlarını şərh edib:

"Zirə"yə qarşı oyunumuz asan deyildi, ağır keçdi. Amma öncədən də, bu cür olacağını ehtimal edirdik. Qalib gəlmək istəyirdik. Lakin sonda bir xalla kifayətləndik. Bu da pis deyil. Hələ heç nə bitməyib, mübarizə qarşıdadır".

Abdullazadə "Sumqayıt"ın avrokuboklara vəsiqə qazanmaq üçün sona kimi mübarizə aparacağını deyib:

"Mövsümün sonuna altı tur var. Komandamız turnir cədvəlində 4-cü pillədə qarşılaşıb. Qarşıda oyunlarımız az deyil və hamısına ciddi hazırlaşmaq lazımdır. Sona qədər xal və ya xallar üçün mübarizə aparacaq. Doğrudur, "Neftçi" ilə matçda stadionumuz dolu idi. Sonradan bir az boşluqlar oldu. Ancaq oyundan-oyuna matçlarımıza daha çox azarkeş gəlməyə başladı. "Zirə" ilə matçda da azarkeşlər az deyildi. İnanıram ki, növbəti ev oyunumuzda tribunalarda daha çox adam görəcəyik".

"Sumqayıt"ın aparıcı üzvü Premyer Liqanın 31-ci turunun "Turan Tovuz"la görüşündə meydana qalibiyyət üçün çıxacaqlarını söyləyib: "Komandamız bu oyuna ciddi hazırlaşır. Səfərdə çətin oyunumuz olacaq. "Turan Tovuz"la matça qələbə üçün çıxacağıq. Fanatlarımızı sevindirmək istəyirik. Bunun üçün maksimumu edəcəyik".

Xəbər xətti