Paytaxt təmsilçisi Fransa millisinin üzvü üçün danışıqlara başladı

23:34 - 21 Aprel 2024

"Latsio" Fransa millisinin üzvü Matteo Genduzinin transfer hüququna yiyələnməyi planlaşdırır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, İtaliya təmsilçisi artıq “Marsel”lə danışıqlara başlayıb.

“Latsio” yarımmüdafiəçinin satınalma bəndini aktivləşdirməyi planlaşdırır. İtaliya klubu fransız üçün 13 milyon avro ödəyəcək. 

Qeyd edək ki, 25 yaşlı futbolçu mövsümün əvvəlində paytaxt klubuna bir illik icarəyə verilib. O, karyerası ərzində “Loryan”, “Arsenal”, “Herta” klublarında oynayıb.
 

Xəbər xətti