"Real" və PSJ bu futbolçu üçün mübarizə aparır

13:51 - 22 May 2024

"Lill"in müdafiəçisi Leni Yoro "Real"a keçməyə hazırlaşır.

Sportal.az "Marca"ya istinadən xəbər verir, fransalı qərar verməkdə tələsmir.

Buna səbəb, onun PSJ-dən də təklif almasıdır. "Lill" 18 yaşlı müdafiəçisini daha yüksək məbləği təklif edəcək kluba satacaq.

Fransalı bu mövsüm "Lill"in heyətində 44 oyuna çıxıb, 1 qol vurub. Onun klubla müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, "Lill"in yetirməsidir.

Xəbər xətti