Türk futbolçu "Fənərbaxça"dan ayrılır

11:59 - 23 May 2024

"Fənərbaxça"nın futbolçusu Ferdi Kadıoğlu mövsümün sonunda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, türk müdafiəçi Super Liqanın 38-ci turunun "İstanbulspor"la matçından sonra azarkeşlərlə vidalaşacaq. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

24 yaşlı futbolçu ilə "Arsenal" və Dortmund "Borussiya"sı maraqlanır. İstanbul klubunun sol cinah müdafiəçisinin satışından ən azı 20 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, "Fənərbaxça" Ferdi Kadıoğlunu 2018-ci ilin yayında "NEK Niymeqen"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti