Türk futbolçu İtaliyada ən yaxşı seçildi

21:19 - 24 May 2024

İtaliya A Seriyasında 2023/2024 mövsümünün ən yaxşı yarımmüdafiəçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "İnter"də çıxış edən Hakan Çalhanoğlu ən yaxşı adına layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

"Montsa"nın qapıçısı Mişel Di Qreqorie ən yaxşı qapıçı, "İnter"dən Alessandro Bastoni ən yaxşı müdafiəçi, "Yuventus"da çıxış edən Duşan Vlahoviç isə ən yaxşı hücumçu seçilib.

Xəbər xətti