Azərbaycan Qazaxıstanı məğlub etdi - YENİLƏNİB

19:51 - 11 İyun 2024

Millimiz Bakı vaxtı ilə saat 18:00-da “Haladas SportKomplexum” stadionunda Qazaxıstan yığması ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq matçı Macarıstandan olan hakimlər briqadası idarə edib.

Millimiz bu görüşdə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, milli iyunun 7-də eyni stadionda keçirilən yoldaşlıq oyununda Albaniya yığmasına 1:3 hesabı ilə məğlub olub.

11 iyun

Azərbaycan Qazaxıstan 3:2
Qollar:
Mahir Emreli 42, Emin Mahmudov 51 (p), Toral Bayramov  72 - Voroqovski 2, Somorodov 29

“Haladas SportKomplexum”. Saat 18:00

Baş hakim: Bence Csonka

Baş hakimin köməkçiləri: Theodoros Georgiu, Balazs Szalai

Dördüncü hakim: Reka Molnar

Xəbər xətti