"Bavariya" İngiltərə klubundan futbolçu almağa hazırlaşır

09:34 - 13 İyun 2024

"Bavariya" "Fulhem"in futbolçusu Joao Palinyanın heyətinə qatmağa hazırlaşır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi artıq İngiltərə klubuna müqavilə təklifi edib.

"Fulhem" "Bavariya"dan 70 milyon avro istəyib. Onlar daha əvvəl 40 milyonluq təklifi geri çevirmişdi.

Portuqaliya millisinin 28 yaşlı futbolçusu özü də, Almaniyaya yollanmağa hazırdır. Palinya 2022-ci ildə "Sportinq"dən "Fulhem"ə keçib. 

Xəbər xətti