Premyer Liqa klubundan 5+1 illik müqavilə

11:34 - 14 İyun 2024

"Nyukasl" yeni transferini açıqlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Lloyd Kelli ilə anlaşıb.

Müdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb.

Müdafiəçi yeni klubuna azad agent kimi qoşulub. Lloyd son olaraq “Bornmut”da forma geyinib.

İngiltərənin U-21 yığmasının sabiq üzvü bundan əvvəl "Bristol Siti" və "Bornmut" klublarında oynayıb.

Xəbər xətti