Şahin Diniyev Bolqarıstan klubunda oynayan ispanı istəyir

13:22 - 16 İyun 2024

"Səbail"in maraqlandığı futbolçulardan birinin adına aydınlıq gəlib.

Sportal.az saytına verilən məlumata görə, Bayıl klubunun istədiyi futbolçu Qorka Larrukeadır. 

Şahin Diniyevin diqqətini cəlb edən ispaniyalı futbolçu hazırda “Etar”a məxsusdur. Onun Bolqarıstan klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.

31 yaşlı yarımmüdafiəçi karyerası ərzində İspaniyada “Gernika”, “Real Union”, “Amorbieta”, Rumıniyada isə “Dinamo”(Buxarest) klubunun formasını geyinib.
 

Xəbər xətti