"Neftçi"dən ayrılan futbolçu "Şamaxı"da - RƏSMİ

13:15 - 17 İyun 2024

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi ölkənin perspektivli gənclərindən, sol cinah müdafiəçisi, U-21 yığmamızın üzvü, 19 yaşlı Rüfət Abbasovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc arxa xətt oyunçusu ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rüfət Abbasov son mövsümü "Neftçi"nin əvəzedici komandasının heyətində keçirib.

Xəbər xətti