Arda Güler ən yaxşı seçildi

22:40 - 18 İyun 2024

Avro-2024-ün F qrupunun ilk turu çərçivəsində keçirilən Türkiyə - Gürcüstan matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, Arda Güler oyunun ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Arda Güler qarşılaşmaya start heyətində başlayıb və 79-cu dəqiqədə əvəzlənib. 19 yaşlı yarımmüdafiəçi Türkiyə yığmasının 3:1 hesablı qələbə qazandığı görüşdə komandasının 2-ci qolunu vurub.

Xəbər xətti