"Mançester Yunayted"in futbolçusu "Qalatasaray"a keçir

16:09 - 21 İyun 2024

"Mançester Yunayted"in futbolçusu Skott Maktominey karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Qalatasaray" şotlandiyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

27 yaşlı futbolçu İstanbul təmsilçisində oynamağa isti yanaşır. Orta xətt oyunçusunun meneceri yaxın günlərdə Türkiyəyə gedəcək.

"Mançester Yunayted" də Maktomineyi satmaq niyyətindədir. Premyer Liqa klubu futbolçusunu 15 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Skott Maktominey "Mançester Yunayted"in yetirməsidir. Şotlandiya millisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 45 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti