Vaxtında yaxşı infrastruktur qurublar, indi pul qazanırlar - Ərəb klubları Qəbələdə

09:15 - 8 İyul 2024

“Qəbələ” klubu I Liqaya ensə də, əla infrastrukturu ona pul qazandırmağa davam edir. Eyniadlı şəhərdə təlim-məşq toplanışı keçəcək Azərbaycan klublarına xarici ölkə təəmsilçiləri də qoşulacaq.

Əvvələr də Qəbələdə bir sıra xarici klublar hazırlıq keçib. Bu dəfə isə 3 Küveyt klubu eyni vaxtda toplanışa gələcək. Onlardan biri “Əl Naser”dir, digərlərinin adı isə dəqiqləşməyib. Həm şərait, həm də maliyyə şərtləri əlverişli olduğu üçün asiyalılar yeni mövsümün hazırlığını ölkəmizdə keçməyi lazım bilib.

Xarici klubların ölkəmizə gəlişi vətəndən kənara çıxa bilməyən Premyer Liqa klublarının da işinə yarayır. Belə ki, sparrinq-rəqib baxımından problem yaşanmayacaq. Məsələn, iyulun 20-də “Əl Naser”in “Şamaxı” ilə yoxlama matçı keçirəcəyi dəqiqdir. Ərəblər daha sonra “Kəpəz”lə qarşılaşacaq.

Digər Küveyt klublarının da gəlişi dəqiqləşəndən sonra oyun sayı daha da artacaq. Təşkilatçılar ölkədə qalan Premyer Liqa təmsilçilərini, həmçinin I Liqa klublarını bir neçə matç keçirməyə razı salmaq istəyir.

Futbolinfo.az

Xəbər xətti