"Bavariya"dan "Mançester Yunayted"ə

00:00 - 30 Noyabr -0001

Niderland millisinin və "Bavariya"nın müdafiəçisi Matteys de Liqt "Mançester Yunayted"ə keçəcək.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə edilib.

O, "qırmızı şeytanlar"la üç illik müqavilə imzalayacaq. 

24 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb. Niderlandlının "Bavariya" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti