Noyer DÇ-2026-da oynamaq istəyir

17:34 - 11 İyul 2024

Manuel Noyer 2026-cı il dünya çempionatına qədər Almaniya millisində çıxış etmək niyyətindədir.

Sportal.az xəbər verir ki, bu barədə “Kicker” məlumat yayıb.

O, karyerasını başa vurmaq istəmir və iki ildən sonra da millinin qapısını qoruyacaq.

Bu barədə millinin məşqçilər korpusunu da məlumatlandırıb.

38 yaşlı qolkiper 2009-cu ilin yayında Bundestimdə heyətində debüt edib. O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olmaqla yanaşı, 2010-cu il dünya çempionatının və 2012 və 2016-cı il Avropa çempionatlarının bürünc mükafatçısı olub.

Xəbər xətti