"Milan" hücum xəttini Almaniya millisinin forvardı ilə gücləndirməyi planlaşdırır.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, “rossonyerlər” “Borussiya”nın forvardı Niklas Fülkruqla maraqlanır. Tərəflər arasında danışıqlara start verilib.
Artıq gələcək həftə almaniyalı hücumçunun “Milan”a keçidi rəsmiləşə bilər. 31 yaşlı futbolçu 2023-cü il avqustun 1-də “Borussiya”ya keçmişdi.
O, 2026-cı il iyunun 30-na qədər Dortmund klubuna məxsusdur. Niklas karyerası ərzində “Verder”(Bremen), “Qroyter”, “Nürnberq”, “Hannover” komandalarında oynayıb.
saytlarin hazirlanmasi